[b]Levandovski və Nazarov[/b]
14.10.2015 - 01:51
[b]Levandovski və Nazarov[/b]

AVRO-2016-nın seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, 53 yığmanın iştirakı ilə keçirilən 260 qarşılaşmanın ən yaxşı bombardiri Robert Levandovski olub. Polşa yığmasının hücumçusu 13 qola imza atıb.

 

Almaniya millisinin üzvü Tomas Müller 9 qolla 2-ci olub. Maraqlıdı ki, bu iki bombardir seçmə mərhələnin eyni qrupunda məhsuldarlıq nümayiş etdirib.

 

Rusiyalı Artyom Dzyuba ilə İsveç millisinin ulduzu Zlatan İbrahimoviç də eyni qrupda mübarizə aparıblar. Onlar hərəyə 8 qolla bombardirlər yarışında 3-4-cü yerləri bölür.

 

Ümumilikdə 7 qol vuran Azərbaycan millisində isə cəmi 3 oyunçu rəqib qapısına yol tapıb. Ən yaxşı bombardirimiz Dmitri Nazarov 3 dəfə fərqlənib. Rahid Əmirquliyev 2, Cavid Hüseynov 1 qol vurub.

 

İtaliya millisinin üzvü Corco Kyellini isə yığmamızla qarşılaşmada avtoqola üzülüb.

0