[b]Lider debütanta qarşı, izləyiciləri üz-üzə[/b]
26.10.2017 - 09:25
[b]Lider debütanta qarşı, izləyiciləri üz-üzə[/b]

Sabah Azərbaycan Premyer Liqasında X tura start veriləcək. Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək turun bütün görüşləri Bakıda keçiriləcək.

 

Çempionlar Liqasında mübarizəni davam etdirən “Qarabağ” ilk oyun günündə meydana çıxacaq.  Son 4 mövsümün çempionu tarixində ilk dəfə “Səbail”lə görüşəcək. Rəqiblərin I dövrədəki oyunu təxirə salındığından debütant yalnız indi çempionla görüşəcək.

 

İlk məğlubiyyətini ötən tur alan Qurban Qurbanovun yetirmələri liderlik mövqeyini qorumaq üçün qalib gəlməlidi. Ağdamlılar bunu bacarmasa, zirvədəki mövqeyini itirə də bilər. Hələ də heç-heçə nə olduğunu bilməyən paytaxt klubu lideri büdrətmək əzmindədi. Samir Əliyevin yetirmələri mövqeyini yaxşılaşdırmaq, ən azı qorumaq üçün meydanı xalsız tərk etməməlidi.

 

İkinci oyun günü “İnter Arena”da başlayacaq. Turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların duelində tərəflər qələbə üçün döyüşəcək. “İnter” cari mövsümdə ikinci dəfə qəbul etdiyi “Kəpəz”i yenib, ən azı 1 pillə irəliləmək niyyətindədi. Zaur Svanadzenin yetirmələri bununla da 5 turluq qələbə həsrətinə son qoymağa çalışacaq.

 

Autsayderlərin savaşına ümidlə yanaşan qərblilər rəqibi ilə xal fərqini azaltmağa çalışacaq. Şahin Diniyevin yetirmələri mövsümdə ikinci qələbəsini qazansa, “İnter”lə xal fərqini minimuma endirəcək.

 

Turun mərkəzi görüşü Zirədə baş tutacaq. Liderin iki ən yaxın izləyicisi üz-üzə gələcək. Ötən turadək məğlubiyyət nə olduğunu bilməyən “Zirə” “Qəbələ”ni sınağa çəkəcək.

 

“Qarabağ”ın büdrəsə, lider olmaq şansına malik izləyiciləri turu itkisiz keçməyə borcludu. Ayxan Abbasovun yetirmələri ardıcıl ikinci uğursuzluqla durumunu pisləşdirmiş olacaq. Növbəti turda “Neftçi” ilə çətin oyunu olan qəsəbə klubu xal ehtiyatını indidən artırmalıdı. Roman Qriqorçukun yetirmələri isə “Qarabağ” üzərində qələbənin davamını gətirmək üçün səfərə qələbə üçün yollanıb.

 

Tura “Neftçi” və “Sumqayıt” arasında matçla yekun vurulacaq. 4-cü yer uğrunda mübarizə aparan komandalar 8-ci km qəsəbə stadionunda görüşəcək. Ardıcıl 3 quru hesablı qələbə qazanan Tərlan Əhmədovun yetirmələri uğurlu seriyanı davam etdirmək arzusundadı. Bunu gerçəkləşdirəcəyi halda, “ağ-qaralar” 4-cü yerə yüksələcək.

 

Samir Abasovun komandası isə mövqeyini qorumaq üçün uduamamalıdı. Sumqayıtlılar ilk “üçlüy”ə yaxınlaşmaq arzusunu reallaşdırmaq üçün isə səfərdə də qalib gəlməlidi. Ötən tur “Zirə”nin ilk məğlubiyyətini rəsmiləşdirən “Gənclik şəhəri” təmsilçisi həmin uğurun təsadüf olmadığını sübut etməyə çalışacaq.

 

Azərbaycan Premyer Liqası

 

X tur

 

27 oktyabr (cümə)

 

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov 
“Azersun Arena”

 

28 oktyabr (şənbə)

 

15:00. “İnter” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov 
“İnter Arena”

 

17:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev 
Zirə İdman Kompleksinin stadionu

 

29 oktyabr (bazar)

 

18:00. “Neftçi” – “Sumqayıt” 
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
8-ci km qəsəbə stadionu

 

1

Qarabağ

8

6

1

1

14-4

19

2

Qəbələ

9

6

1

2

12-8

19

3

Zirə

9

5

3

1

16-7

18

4

Sumqayıt

9

4

1

4

10-12

13

5

Neftçi

9

3

1

5

10-9

10

6

Səbail

8

3

0

5

5-12

9

7

İnter

9

2

2

5

7-12

8

8

Kəpəz

9

1

1

7

5-15

4

 

Bombardir: Mahir Mədətov ("Qarabağ") – 5 qol.