[b]Limam Seydi “İnter”dən ayrı düşdü[/b]
05.01.2016 - 16:59
[b]Limam Seydi “İnter”dən ayrı düşdü[/b]

“İnter” daha bir futbolçusu ilə yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, söhbət fransalı hücumçu Limam Seydidən gedir.

 

Bu gündən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start götürən “bankirlər” tam heyətlə hazırlıq keçə bilmirlər. Çünki iki futbolçu kollektivlə birgə deyil. Bunlar Limam Seydi və braziliyalı müdafiəçi Denis Silvadı. “Sambaçı” bu gün vətənindən Türkiyəyə yollanaraq, komandaya qoşulacaq və sabahdan məşqlərdə iştirak edəcək.

 

Müqavilə müddəti başa çatan Seydi isə, ümumiyyətlə, “bankirlər”lə yollarını ayıra bilər. Hazırda Fransada istirahətdə olan 31 yaşlı forvardla danışıqlar aparılır. Onunla yeni müqavilənin bağlanıb-bağlanmayacağına bu həftə ərzində aydınlıq gəlməlidi.

 

Qeyd edək ki, qış fasiləsində 7 futbolçu ilə yollarını ayıran “İnter” hələlik yalnız Vüqar Nadirov, Kamran Ağayev və Qara Qarayevi transfer ediblər.

0