“Böyük beşlik” çempionatlarında eyni klubun heyətində çempionatda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Top-10”da ikihakimiyyətlilik hökm sürür.
Lionel Messi (Argentina, “Barselona”) və Herd Müller (Almaniya, “Bavariya”) hərəyə 365 qol vurub. Argentinalının karyerasını davam etdirməsi onun zirvəni ələ keçirmək ehtimalının varlığını göstərir. 3-cü sırada isə Diksi Din (İngiltərə, “Everton”) qərarlaşıb.
4-cü pillədə yer alan Kriştianu Ronaldo (Portuqaliya, “Real”) da qol sayını artırmaq imkanına malikdi. 289 qol vuran pireneyli hələ karyerasını davam etdirir.
Telmo Sarra (İspaniya, “Atletik”) 251, Françesko Totti (İtaliya, “Roma”) 250, Cüzeppe Meatsa (İtaliya, “İnter”) 243, Stiven Blumer (İngiltərə, “Derbi”) 240, Qordon Hocson (İngiltərə, “Liverpul”) 233, Raul (İspaniya, “Real”) 228 qolla on ən məhsuldar arasındadı.
Azərbaycan Premyer Liqasının səviyyəsi “Böyük beşlik”dən çox uzaq olsa da, müqayisə maraq doğurur. Ölkə çempionatlarında eyni klubda ən çox qol vuran oyunçu Müşfiq Hüseynovdu.
Hazırda “Qarabağ”ın məşqçilər korpusunda yer alan futbol veteranı Ağdam təmsilçisinin heyətində 109 qola sevinib. Azərbaycan çempionatlarında 1 klubda 100 və ya daha çox qol vuran yeganə oyunçu kimi tarixə düşən hücumçunun məhsuldarlığı dünya səviyyəli əfsanələrlə müqayisədə çox aşağıdı.