[b]London derbisinin taleyi cavab oyununa qaldı[/b]
11.01.2018 - 01:54
İngiltərə Karabao Kubokunda yarımfinalın ilk oyuları başa çatıb. Apasport.az saytının məlumatına görə, ikinci yarımfinal görüşündə “Çelsi” ilə “Arsenal” qarşılaşıb.
“Stemford Bric” stadionunda baştutan London derbisində qalib müəyyənləşməyib - 0:0.
Bu turun digər qarşılaşmasında isə “Mançester Siti” öz meydanında “Bristol”a qalib gəlmişdi – 2:1.
Qeyd edək ki, yarımfinalın cavab oyunları yanvarın 23 və 24-də keçiriləcək. Əvvəlcə “Mançester Siti” “Bristol” səfərinə yollanacaq. Bu matç saat 23:45-də start götürəcək. Bir gün sonra isə saat 00:00-da “Arsenal” “Çelsi”ni qəbul edəcək.
0
0