Almaniya millisinin baş məşqçisi Yoahim Löv dünya çempionatından sonra “Bavariya”nın “sükanı arxası”na keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu variantı təkzib etməyib.
Ancaq o, gələn ilin yayında Rusiyada keçiriləcək dünya çempionatına qədər bu barədə düşünməyəcəyini vurğulayıb: “Bavariya” variantına heç baxmağı planlaşdırmıram. Klub karyeramla bağlı danışmaq üçün hələ vaxtım var. Yalnız bu günümlə yaşayıram, iş prinsipim də belədi. Dünya çempionatına qədər məni yalnız mundial maraqlandıracaq”.
Qeyd edək ki, Karlo Ançelottinin istefasından sonra “Bavariya” baş məşqçi postunu mövsümün sonuna qədər Yupp Haynkesə həvalə edib.
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb