Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku Türkiyə nəhəngi “Qalatasaray”dan aldığı təklifdən imtina etdiyi üçün təəssüfləndiyini bildirib. Apasport.az saytının xəbərinə görə, rumıniyalı çalışdırıcı “sarı-qırmızılı” komandaya keçidinin baş tutmasını belə şərh edib: “Rinat Axmetovun (“Şaxtyor”un prezidenti – red) təzyiqindən sonra “Qalatasaray”ın təklifindən imtina etdim. İndi başa düşürəm ki, səhvə yol vermişəm”.
Qeyd edək ki, 69 yaşı mütəxəssis 2000/2002-ci illərdə “Qalatasaray”ın baş məşqçisi olub. Hazırda isə “Cim-Bom”u dünya çempionatından sonra İtaliya millisinin baş məşqçisi postundan kənarlaşdırılan Çezare Prandelli çalışdırır.