[b]Luis Enrike Lionel Messidən danışdı[/b]
07.01.2015 - 21:24
[b]Luis Enrike Lionel Messidən danışdı[/b]

“Mən bütün oyunçulara eyni münasibət bəsləyirəm. Biz komandada bir-birimizi daha yaxşı başa düşürük. Futbolçular arasında hər hansı bir şey ola bilər və bu da komandada qalır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike deyib.

 

Təcrübəli çalışdırıcı İspaniya kuboku çərçivəsində baş tutacaq “Elçe” ilə oyunöncəsi mətbuat konfransı keçirib. O, Kataloniya klubundan ayrılacağı ilə bağlı informasiyanı təkzib edib.

 

Enrike Lionel Messi ilə onun arasındakı münasibətlərə də toxunub: “Mən öz işimi peşəkarcasına yerinə yetirməyə davam edirəm və əminəm ki, buna da nail oluram. Burada kluba xidmət etmək üçün çalışıram. Bütün mövsüm boyunca problemlər olacaq, amma biz vəziyyəti həll etməliyik. Bəzi şeyləri komandada saxlamaq daha yaxşıdı. Messiyə gəlincə, o, dünyada ən yaxşı oyunçudu və müvafiq olaraq, Leo bizim komandamızda da ən yaxşı futbolçudu. Bəzi şeylər nəticələrdən birbaşa asılıdı. Bunu məşqçi vəzifəsində işləyərək, anlamaq lazımdı. Bu, normaldı, amma mən klubun və oyunçuların dəstəyini hiss edirəm. Bu cəhətdən heç bir şübhəm yoxdu. Mən yenə peşəkarcasını işimi davam etdirəcəm”.

 

Qeyd edək ki, daha əvvəl Luis Enrikenin Lionel Messi ilə münasibətləri pozulduğu üçün Kataloniya təmsilçisindən gedəcəyi bildirilirdi.