İspaniya çempionatının XIV turu çərçivəsində keçirilmiş “Valensiya” – “Barselona” oyununda qonaqların baş məşqçisi Luis Enrike əvəzlənməyə ehtiyac duymayıb. Apasport.az saytının məlumatına görə, bununla da təcrübəli çalışdırıcı keçmiş məşqçisi Lui van Qalın göstəricisini təkrarlayıb.
Məsələ burasındadı ki, sonuncu dəfə 1998-1999 mövsümündə “Ekstremadura” ilə görüşdə van Qal heyətdə dəyişikliyə ehtiyac duymamışdı. Maraqlıdı ki, həmin oyunda qol vuran Luis Enrike 16 ildən sonra bu dəfə özü eyni addımı atıb.
Andre Ter-Şteten, Mark Bartra, Munir Əl-Həddadi, Sandro Ramires, Adriano Korrea, Tomas Vermalen və Serxi Roberto 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirməli olublar.
Qeyd edək ki, “Valensiya” – “Barselona” görüşü 1:1 hesabı ilə nəticələnmişdi.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı