[b]Mədətov və Abbasovdan “siftə” - YENİLƏNİB[/b]
29.05.2018 - 21:47
[b]Mədətov və Abbasovdan “siftə” - YENİLƏNİB[/b]

Mahir Mədətov Azərbaycan millisində qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, gənc hücumçu Qırğızıstanla yoldaşlıq görüşündə buna nail olub.

 

Belə ki, hazırda davam edən matçın 75-ci dəqiqəsində rəqib qapıçısını məyus edən Mədətov hesabı 2:0-a çatdırıb. Bununla Mahir yığmamızda qol vuran 58-ci oyunçu olub. Ona qədər 57 nəfər azarkeşləri qolla sevindirmişdi. “Qarabağ”ın hücumçusu “siftə”ni 5-ci matçında edib.

 

Həmçinin qarşılaşmanın 84-cü dəqiqəsində rəqibi cəzalandıran Ürfan Abbasov isə "siftə" edən 59-cu futbolçu olub. O da bunu 5-ci matçında həyata keçirib.

 

Qeyd edək ki, yığmamızın daha 4 qolunu rəqiblər öz qapılarından keçiriblər.