[b]Mahir Şükürovun ürəyi[/b]
22.05.2014 - 00:34
[b]Mahir Şükürovun ürəyi[/b]

“Neftçi”nin futbolçusu Mahir Şükürov Azərbaycan kubokunun finalı barədə fikirlərini açıqlayıb. Apasport.az saytına açıqlama verən təcrübəli oyunçu matçın çətin olacağını bildirib.

 

Şükürov həlledici görüşdə komandasına kömək edə bilməyəcəyinə təəssüfləndiyini vurğulayıb: “Kubokun final oyununda “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gələcək. Həlledici qarşılaşma hər iki komanda üçün çətin olacaq. “Qəbələ” ilk dəfə çıxdığı finalda kuboku qazanmağa çalışacaq. Biz isə kuboku əldən verməmək üçün mübarizə aparacağıq. Ürəyim komanda ilə birlikdədir. Oyundan əvvəl zəng edib komanda yoldaşlarıma dəstək olacağam. İnanıram ki, “Neftçi”nin adına layiq mübarizə aparıb kuboku qazanacağıq. Təəssüf ki, həlledici görüşdə komandama dəstək ola bilməyəcəyəm. Komandanın bir üzvü kimi bu məni çox məyus edir.  Bununla belə, komandamın yanında olmasam da, millinin düşərgəsindəyəm. Kimliyindən asılı olmayaraq, meydana çıxacaq hər bir futbolçu komandanın uğur qazanması üçün çalışacaq”.