[b]Mahir Şükürovun yeni mövqeyi komandasına 3 xal qazandırdı[/b]
04.01.2015 - 20:02
Bu gün Türkiyə PTT I liqasında XVI turun növbəti oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka” doğma azarkeşləri önündə “Kayserispor”u qonaq edib.
Matçda ev sahibləri 2:1 hesabılı qələbəyə sevinib.
Şükürov start heyətində meydana çıxıb və qeyri-ənənəvi mövqedə - dayaq yarımmüdafiəçisi kimi yer alıb. O, görüşdə sona qədər mübarizə aparıb.
Qeyd edək ki, bu qələbədən sonra “Karşıyaka” xalını 25-yə çıxarıb və turnir cədvəlində müvəqqəti də olsa, 6-cı pilləyə yüksəlib.
0
0