“Millidə köməkçi məşqçi kimi qalıb-qalmayacağıma sabahkı iclasda aydınlıq gələcək. Düzdü, belə bir ehtimal var, amma indidən dəqiq nəsə demək çox çətindi”. Bu sözləri apasport.az saytına açıqlamasında Berti Foqtsun dövründə Azərbaycan yığmasında köməkçi məşqçi kimi fəaliyyət göstərən Mahmud Qurbanov deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə son görüşdə millimizi baş məşqçi kimi meydana buraxan Qurbanov yığmada işləməyə hər zaman hazır olduğunu bildirib: “Milli komandadan kim imtina edər? Yığmanın formasını necə fəxrlə geyinmişəmsə, indi də məşqçi kimi Azərbaycan futboluna xeyir vermək istəyirəm”.
Qeyd edək ki, sabah Azərbaycan millisinin yeni baş məşqçisi rəsmən açıqlanacaq və çox güman ki, bu posta xorvatiyalı Robert Prosineçki təyin ediləcək.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək