[b]Mahmudovun 8 dəqiqəsi[/b]
06.05.2018 - 14:37
[b]Mahmudovun 8 dəqiqəsi[/b]

Almaniya Gənclər Bundesliqasının cənub zonasında növbəti XXVI tur davam edir. Apasport.az saytının məlumatına görə, gənclər millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi “Ayntraxt” klubunun U-19 kollektivi də növbəti oyununu keçirib.

 

Frankfurtlular doğma meydanda “Haydenhaym”la qarşılaşıblar. Görüş “Ayntraxt”ın məğlubiyyəti ilə başa çatıb – 2:3.

 

İntizamsızlığına görə komandadan kənarlaşdırılan Renat Dadaşovdan sonra Frankfurt klubunda çıxış edən yeganə futbolçumuz Murad Mahmudov oyunun iştirakçısı olub. O, qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlasa da, 82-ci dəqiqədə meydana buraxılıb. 

 

Qeyd edək ki, geridə qalan 26 matçdan sonra aktivində 27 xal olan “Ayntraxt” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.