“Lester”in əlcəzairli futbolçusu Riyad Mahrez komandanın oyunlarını və məşqləri boykot etməyi dayandırıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi klub rəhbərliyinin onun “Mançester Siti”yə keçidinə icazə verməməsinə etiraz olaraq komandanın məşqlərini qatılmırdı.
Əlcəzairli futbolçu bu gündən etibarən hazırlıqlarda iştirak etməyə başlayıb.
Bu turda “Lester” məhz “Mançester Siti” ilə qarşılaşacaq. Mahrez bu oyunda komandasına kömək edə bilər.
Qeyd edək ki, bu gün Mahrezin boykota görə klub tərəfindən 273 min avro məbləğində cərimələndiyi, futbolçu boykotu dayandırmasa, cərimənin məbləğinin daha da artırılacağı barədə məlumat yayılmışdı.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA