[b]Mənsimov “Xəzər Lənkəran”a baş çəkdi[/b]
09.01.2015 - 17:32
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov Türkiyədə təlim-məşq toplanışını davam etdirən komandanın düşərgəsinə baş çəkib. Apasport.az saytının məlumatına görə, klub prezidenti ilə vitse-prezident Tuyqun Nadirov bu gün Antalyaya yollanıb. Onlar “ağ-yaşıllar”ın sabahkı yoxlama görüşünü də izləyəcəklər.
Qeyd edək ki, “Xəzər Lənkəran” Antalya toplanışı çərçivəsində ilk yoxlama görüşünü məhz sabah keçirəcək. Rəqib isə Türkiyə komandası “Tekirdağspor” olacaq.
0
0