[b]Manuel Skarlatake yenidən Azərbaycanda oynaya bilər[/b]
21.01.2015 - 00:34
“Xəzər Lənkəran”dan yenicə ayrılan Manuel Skarlatake karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, rumıniyalı müdafiəçi “İnter”ə keçməyə çox yaxındı.
Baş məşqçi Kaxaber Sxadadze 29 yaşlı futbolçunun xidmətində maraqlıdı.
Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsi yaranan kimi, bir neçə yerli və əcnəbi futbolçularla vidalaşıb. Bunlar arasında Manuel Skarlatakenin də adı yer alıb.
0
0