[b]Marat İzmaylov Rusiyaya qayıdır[/b]
17.05.2014 - 23:03
[b]Marat İzmaylov Rusiyaya qayıdır[/b]

 

"Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylov yenidən Rusiyaya qayıda bilər Apasport.az xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb. 31 yaşlı futbolçu Kazan klubunun maraq dairəsinə düşüb.

Portuqaliyalı həmkarlarımızın yazdığına görə, bir müddət əvvəl "Qəbələ"nin İzmaylovu transfer edəcəyi xəbərləri də dolaşırdı. Amma deyəsən, İzmaylov vətəninə qayıtmaq istəyir.