[b]Maykl Bredli: Nəticə məni sevindirir[/b]
28.05.2014 - 09:41
[b]Maykl Bredli: Nəticə məni sevindirir[/b]

“Çox gərgin oyun alındı. Azarkeşlər iki fərqli hissə izlədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri ABŞ millisinin futbolçusu Maykl Bredli deyib.

Təcrübəli futbolçu Azərbaycan yığması ilə San-Fransiskodakı qarşılaşma haqda fikirlərini açıqlayıb. Bredli 2:0 hesablı qələbədən razılığını gizlətməyib: “Azərbaycan komandası ilk hissədə çox yaxşı müdafiə olundu. Komandanın əks hücum cəhdlərini isə yarımmüdafiədə dəf etməyə çalışdıq. İkinci hissədə oyunumuzda dəyişiklik edib 2 qol vura bildik. Nəticə bizi sevindirir”.

Bredli qarşıdakı Türkiyə matçı ilə bağlı da danışıb: “Onu deyə bilərəm ki, çox güclü komandaya qarşı mübarizə aparacağıq. Türklərin çox istedadlı oyunçulardan qurulmuş əla kollektivi var. Təbii ki, o komandaya qarşı daha diqqətli mübarizə aparmalıyıq. Onların xarici çempionatlarda oynayan futbolçularına qarşı oynamaq heç də asan olmayacaq. Təbii ki, dünya çempionatına hazırlıq mərhələsində həm Azərbaycan, həm də Türkiyə millilərinə qarşı oyunlarımızın nəticəsi bizim hansı səviyyədə olduğumuzu göstərəcək. Daha sonra isə tam hazır formada Braziliyaya yola düşmək istəyirik".