Azərbaycan Premyer Liqasında mövsümün 50-ci qolu vurulub. Apasport.az saytının məlumatına görə, bu, VI turun “Qarabağ” – “Sumqayıt” matçında reallaşıb.
Görüşün 65-ci dəqiqəsində hesabı 3:1-ə çatdıran Mahir Mədətov mövsümün yubiley topunun müəllifi olub. 50-ci qol çempionatın 20-ci qarşılaşmasına təsadüf edib.
Maraqlıdı ki, mövsümün ilk qolunun da müəllifi Mahirdi. Avqustun 11-də “Neftçi” ilə səfər oyununun 15-ci dəqiqəsində fərqlənən Mədətov 42 gündən sonra 50-ci qola imza atıb. Ümumilikdə isə 6 turun 23 oyununda 57 qol vurulub. Orta məhsuldarlıq 2,48-ə bərabərdi.
Qeyd edək ki, bu qarşılaşmada 4:1 hesabı ilə qalib gələn mövsümün startından 5-ci, ümumilikdə isə 8-ci çempionat qələbəsini qazanıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”