Sabah futzal üzrə Yüksək Liqada XIX turun oyunları keçiriləcək. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, Bakı İdman Sarayında baş tutacaq turun 2 oyunu (EKOL – “Neftçi” İK, “Araz” – “Marafon Futsal”) “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Matçları idarə edəcək hakimlər də artıq müəyyənləşib. Turun mərkəzi oyunu hesab edilən lider “Araz”la ən yaxın izləyicisi “Marafon Futsal” arasındakı görüşü FİFA dərəcəli referi Elçin Səmədli idarə edəcək.
Yüksək Liqa, XIX tur
12:30. “Xəmsə” – “FK.İD.Futsal”
Hakimlər: Ramil Namazov, Əli Cəbrayılov, Yusif Nurullayev
Hakim – inspektor: Aydın Gözəlov
14:30. EKOL – “Neftçi” İK
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim – inspektor: Şahin Cəfərov
16:30. “Araz” – “Marafon Futsal”
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Kənan Məlikov
Hakim – inspektor: Murad Məmmədov
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq