[b]Mərkəzi oyunda dava düşdü[/b]
07.12.2014 - 17:16
[b]Mərkəzi oyunda dava düşdü[/b]

Bu gün Topaz Premyer Liqasında xv turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, “Qarabağ” - “Neftçi” matçında dava düşüb.

 

Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın ilk hissə başa çatdıqdan sonra qonaq komandanı dəstəkləyən "Forza Neftçi" azarkeş qrupu ilə Ağdam klubunun  fanatları əvvəlcə bir-birini təhqir edib. Qarşılıqlı söyüşlərdən sonra tərəflər arasında əlbəyaxa dava düşüb. Ətrafda polis olmadığından fanatları yaxında olan mülki vətəndaşlar ayırıb.

 

Qeyd edək ki, sözügedən matç 0:0 hesabı ilə başa çatıb.

 

futbolinfo.az