[b]Məşhur futbolçu Putinə “Qızıl top” bağışlayacaq[/b]
01.12.2014 - 15:01
[b]Məşhur futbolçu Putinə “Qızıl top” bağışlayacaq[/b]

Ötən əsrin 90-cı illərinin məşhur bolqarıstanlı futbolçusu Xristo Stoiçkov Rusiya prezidenti Vladimir Putinə qazandığı “Qızıl top” və “Qızıl buts” mükafatlarının surətini bağışlayacaq. Apasport.az saytının xəbərinə görə, bu, gələn yaz DÇ-2018-in Rusiyada təşkili çərçivəsində keçiriləcək tədbirlərin birində baş tutacaq.

 

Mükafatların surətlərinin hazırlanmasına təxminən 4 ay vaxt sərf olunacağı bildirilir.

 

Xatırladaq ki, 1994-cü ildə “Qızıl top”u qazanan Stoiçkov 1990-cı ildə Avropa milli çempionatlarının ən məhsuldar futbolçusu kimi və 1994-cü ildə dünya çempionatının bombardiri kimi “Qızıl buts” mükafatlarına sahib çıxıb.