Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki klubların Antalyada keçiriləcək qış toplanışı müddətində milli üzvlərini bir araya yığa bilər. Apasport.az saytının məlumatına görə, xorvatiyalı çalışdırıcının ilk toplanışını fevralda deyil, yanvarda keçmək ehtimalı var.
Belə ki, Prosineçki ilə bu gün görüşəcək Məşqçilər Komitəsi ona Antalyada olduğu müddətdə millinin futbolçularını 3 günlük yığmağı tövsiyə edəcək. MK üzvlərinin fikrincə, qısamüddətli toplanış klubların hazırlıq planına mane olmayacaq. Üstəlik, bu, millinin yeni baş məşqçisinə futbolçuları daha yaxından tanıması, onların hazırlıq səviyyəsinə bələd olmasına köməklik edəcək. Prosineçkinin bu təklifə müsbət cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, Prosineçki Məşqçilər Komitəsinin üzvləri ilə saat 12:00-da görüşəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı