[b]Məşqçilər Komitəsinə ilk tapşırıq verildi[/b]
05.12.2014 - 18:02
[b]Məşqçilər Komitəsinə ilk tapşırıq verildi[/b]

Bu gün AFFA-nın inzibati binasında yeni yaradılmış Məşqçilər Komitəsinin üzvləri ilə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, baş katib Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan milli komandası barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Görüş zamanı baş katib komitəyə ilk tapşırığı da verib. Belə ki, U-21 millimizin yeni baş məşqçisi məsələsi məhz Məşqçilər Komitəsinə həvalə edilib. Yəni komitə baş məşqçiliyə namizədlərini müəyyən edib, geniş heyət hazırlamalıdı. Eyni zamanda Məşqçilər Komitəsinə 5-ci üzv üçün namizədlər də müəyyənləşməlidi. Dekabrın 16-da komitə üzvləri yenidən baş katiblə görüşəcək və hər iki məsələ ilə bağlı namizədlərini təqdim edəcək.

 

Qeyd edək ki, Məşqçilər Komitəsinin hazırda 4 üzvü var. Bunlar Ağasəlim Mircavadov, Şahin Diniyev, Böyükağa Hacıyev və sədr Vaqif Sadıqovdu.