[b]Məşqçilər Komitəsinin baş katiblə görüşü baş tutmadı[/b]
16.12.2014 - 11:59
[b]Məşqçilər Komitəsinin baş katiblə görüşü baş tutmadı[/b]

“Elxan müəllimlə görüşümüz baş tutmadı. Amma bu həftənin sonuna qədər mütləq görüşəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri, təcrübəli mütəxəssis Vaqif Sadıqov deyib.

 

Məşqçilər Komitəsinin AFFA-nın baş katibi Elxan Məmmədovla bu gün keçirilməli olan görüşü baş tutmayıb. Assosiasiya rəsmisinin digər işlərlə əlaqədar vaxtı olmadığından, görüş sonraya saxlanılıb. Sadıqovun sözlərinə görə, bu həftənin sonuna kimi həm U-21-nin yeni baş məşqçisinin, həm də Məşqçilər Komitəsinin 5-ci üzvünün adı bilinəcək: “Bizə deyildi ki, həftə ərzində mütləq görüş keçiriləcək. Həmin iclasda Məşqçilər Komitəsinə 5-ci üzv bilinəcək. Bundan əlavə, U-21-nin yeni baş məşqçisi dəqiqləşəcək. Görüşdə digər məsələlər də müzakirə olunacaq”.