AFFA-nın bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında Məşqçilər Komitəsinin yaradılması təsdiqlənib. Apasport.az saytının məlumatına görə, yeni yaradılan qurumun ilk sədri Vaqif Sadıqov seçilib.
Komitədə onunla yanaşı, təcrübəli mütəxəssislərimizdən Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şahin Diniyev yer alacaqlar. Onlar ölkə futbolunun hazırkı vəziyyəti, klub və milli komanda səviyyəsində inkişaf yolları və perspektivləri ilə bağlı ətraflı müzakirələr aparıb, problemlərdən çıxış yolları ilə bağlı təkliflərini veriblər.
Qeyd edək ki, bu gün baş tutan iclasda, həmçinin Məşqçilər Komitəsinin əsasnaməsi təsdiqlənib və iş prinsipləri müəyyənləşib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək