[b]Məşqçilərin Hollandiya səfərinin dəqiq vaxtı bəlli oldu[/b]
13.12.2014 - 11:11
[b]Məşqçilərin Hollandiya səfərinin dəqiq vaxtı bəlli oldu[/b]

“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandalarında çalışan məşqçilərin Hollandiyaya səfəri bu ay baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, səfərin tarixi öncə dekabrın 11-nə təyin edilsə də, sonradan plan dəyişdirilib. Buna viza məsələsində problemlərin ortaya çıxması səbəb olub. Hollandiyaya gedəcək 20 məşqçinin vizası ən tezi bu ayın 22-də açılacaq. Buna görə də, klub rəhbərliyi “zanbaqlar ölkəsi”nə səfəri yanvar ayına saxlayıb. “Qarabağ”ın məşqçiləri növbəti ayın 14-15-də Hollandiyaya yola düşəcəklər.

 

Təxminən 1 həftə orda qalacaq məşqçi heyəti 4 klubun – “Utrext”, “Feyenord”, “PSV Eyndhoven” və “Ayaks”ın akademiyasına baş çəkəcək. Burada məşq prosesi ilə tanış olacaq azərbaycanlı məşqçilər, həmçinin əsas komandaların oyunlarını stadiondan izləmək imkanı qazanacaqlar.