[b]Messi 600-ə çatdı[/b]
04.03.2018 - 22:17
[b]Messi 600-ə çatdı[/b]

İspaniya La Liqasının XXVI turu "Barselona"nın lideri Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, "Atletiko" üzərində minimalhesablı qələbənin (1:0) memarı olan argentinalı forvard yubiley qolunu vurub.

 

Yeganə topun müəllifi olan Leo bununla karyerası ərzində 600-cü rəsmi qoluna imza atıb. O, bunun 539-nu "Barselona"da, 61-ni isə Argentina millisində vurub.

 

Messi 600-cü qoluna 747-ci matçında imza atıb.