[b]Messi Arda haqda: Problemi arxada qoydu[/b]
13.01.2016 - 16:12
[b]Messi Arda haqda: Problemi arxada qoydu[/b]

“Barselona”nın ulduz futbolçusu Lionel Messi Katalon klubunda yeni eranın başladığını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 5-ci dəfə “Qızıl top”a sahib olan argentinalı bunda Arda Turanın rolunu vurğulayıb.

 

O bildirib ki, baş məşqçi Luis Enrike Türkiyə millisinin 29 yaşlı yarımmüdafiəçisinə ilk “11-lik”də şans verməsi komandada rəqabəti artıracaq: “Arda çox yaxşı və səviyyəli futbolçudu. “Barselona” onsuz da yaxşı futbolçu transfer edir. Arda komandaya adaptasiya olub. Uzun müddət oyun keçirməmək futbolçuya çətinlik yaradır. Ancaq Arda bu problemi arxada qoydu, komandada rəqabət başladı. Hamı bütün gücünü səfərbər edəcək ki, əsas heyətdəki yerini itirməsin. Komandada rəqabətin olması yaxşı haldı”.

 

Qeyd edək ki, “Barselona”nın heyətində Kral Kubokunun 1/8 finalı çərçivəsində “Espanyol”la görüşdə debüt edən Arda La Liqada ilk qarşılaşmasını “Qranada”ya qarşı keçirib.