[b]Messi dopinq-testə çağırıldı[/b]
09.12.2014 - 18:15
[b]Messi dopinq-testə çağırıldı[/b]

“Barselona”nın 4 futbolçusu dopinq-testə çağırılıb. Apasport.az-ın məlumatına görə, bunlar Andres İnyesta, İvan Rakitiç, Klaudio Bravo və Lionel Messidi.

 

Sonradan məlum olub ki, bu oyunçular arasında yalnız Messi testdən keçirilib. Bu da argentinalı futbolçunun narazılığına səbəb olub. O, bunun özünə qarşı hörmətsizlik olduğunu bildirib. “UEFA nümayəndələri 4 nəfəri çağırsa da, yalnız məni testdən keçirdi. Qəribə deyil?” - deyə, Leo bildirib.

 

Qeyd edək ki, Messi son 4 oyunun 3-də het-trik edib.