[b]Messi Kataloniya derbisində liderdi [/b]
08.12.2014 - 01:00
[b]Messi Kataloniya derbisində liderdi [/b]

"Barselona”nın hücumçusu Lionel Messi daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü İspaniya La Liqasının XIV turunda “Espanyol”la görüşdə het-trik edib.

 

Komandasının 5:1 hesabı ilə qalib gəldiyi görüşdə rəqibi 3 dəfə mərkəzdən başlamağa məcbur edən Leo “Barsa”nın sabiq futbolçusu Sesar Rodriqesi keçib. 1939-1955-ci illərdə “Barselona”da çıxış edən keçmiş forvard Kataloniya derbisində 21 matçda 11 top vurub. 16 qarşılaşmada meydana çıxan Messi isə 12 qola imza atıb.

 

Qeyd edək ki, “Barselona” derbidə “Espanyol”a sonuncu dəfə 2009-cu ilin 21 fevralında məğlub olub - 2:1.