[b]Messi Kriştianu Ronaldoya çatdı, Telmo Sarranı keçdi[/b]
08.03.2015 - 18:41
[b]Messi Kriştianu Ronaldoya çatdı, Telmo Sarranı keçdi[/b]

İspaniya La Liqasının XXVI turu çərçivəsində “Nou Kamp”da “Rayo Valyekano”nu 6:1 hesabı ilə darmadağın edən “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamərdar olub. Apasport.az saytı xəbər verir ki, qarşılaşmada 3 qol vuran (56-pen, 63; 68) Argentina millisinin futbolçusu karyerasında 35-ci het-trikinə imza atıb.

 

Beləliklə, Leo ispan klubları arasında “Atletik”in sabiq hücumçu Telmo Sarranın da rekordunu (31) qıraraq, ilk sıraya yüksəlib. O, “Barsa”nın heyətində 32 dəfə het-trik edib.

 

Həmçinin Messi vurduğu qolların sayını 30-a çatdıraraq, bombardirlər siyahısının ilk pilləsində qərarlaşan Kriştianu Ronaldoya da çatıb.

 

Qeyd edək ki, “Barselona”nın digər qollarını Luis Suares (dubl) və Xerard Pike vurub.