Lionel Messinin İspaniya çempionatları tarixinə ən məhsuldar futbolçu kimi düşməsinə UEFA da biganə qalmayıb. Apasport.az-ın məlumatına görə, qurumun rəsmi saytı qol hesabını 253-ə çatdırmaqla Telmo Zarraya məxsus rekordu yeniləyən argentinalının uğuru ilə əlaqədar Avropanın böyük bombardirlərinin siyahısını tərtib edib.
UEFA bununla bağlı iki fərqli cədvəl hazırlayıb. Bunların birincisində yalnız eyni ölkədə, ikincisində isə fərqli çempionatların yüksək liqalarında daha çox qol vuranlar yer alıb.
Hər iki siyahıya çexoslovakiyalı Yozef Biscan başçılıq edir. Onun öz ölkəsinin çempionatında 500, ümumilikdə isə yüksək liqalarda 518 qol vurmasına hələ də qibtə edirlər. 1931-55-ci illərdə yaşıl meydanlarda qapıçıların kabusuna çevrilən əfsanə Avstriya çempionatında da 18 dəfə fərqlənib.
Eyni çempionatda rekord vuranlar arasında şotlandiyalı Cimmi Makqrori 410, yuqoslaviyalı Stepan Bobek 403 qol vurmaqla “üçlüy”ə düşüb.
Digər siyahıda isə macar Ferens Puşkaş 517 Biscandan cəmi 1 top geri qalır. Onun 3-cü olan həmyerlisi İmre Şlosser 417 dəfə fərqlənib.
Qeyd edək ki, Azərbaycan futbol tarixində yüksək liqalarda ən çox qol vuran futbolçu Nazim Əliyevdi. 1992-2000-ci illərdə ölkə çempionatında oynamış hücumçu 183 qol vurub.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək