[b]Messidən “Atletiko” matçı öncəsi böyük imza[/b]
13.05.2014 - 23:00
[b]Messidən “Atletiko” matçı öncəsi böyük imza[/b]

 

Lionel Messi “Barselona” ilə yeni 5 illik müqavilə imzalamağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, ildə 20 milyon avro alacaq argentinalı hücumçu müqaviləyə “Atletiko Madrid”lə matç öncəsi imza qoyacaq.

 

Mövsümün əvvəlində Neymarın alınması və Kriştiano Ronaldonun “Real Madrid”lə müqaviləni yeniləməsindən sonra Messi də onun müqaviləsinə yenidən baxılmasını tələb etmişdi. Futbolçunun “Barselona”nın o zamankı prezidenti Sandro Rosselə başladığı danışıqlar hazırkı prezident Xosep Mari Bartomeunun dövründə başa çatıb.

 

Xatırladaq ki, Lionel Messi illik məvacibinin 20 milyon avroya qaldırılması ilə bərabər, reklamdan gələn gəlirin də tam olaraq ona verilməsini, eləcə də “Mançester Siti”nin argentinalı hücumçusu Serxio Aqueranın alınmasını tələb edirdi. “Barselona” rəhbərliyi 20 milyon avro təklifinə razılaşıb, reklam gəlirləri məsələsində də müəyyən güzəştlərə gedib. Amma Serxio Aqueranın alınması məsələsində problemlər yaşanır. Çünki “Mançester Yunayted” Aqueraya 70 milyon avro qiymət qoyub.