[b]Messinin tələbi ilə icarəyə verilir[/b]
04.03.2018 - 15:37
"Barselona"nın yeni transferi Yerri Mina əsas heyətə düşməkdə çətinlik çəkir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, kolumbiyalı müdafiəçinin mövsümün sonunda icarəyə verilməsi gözlənilir.
Onun oyun səviyyəsinin, xüsusən də, komandanın lideri Lionel Messini qane etmədiyi vurğulanır. Argentinalı superulduz məhz bu üzdən Minanın icarəyə verilməsini tələb edib. Leo komanda yoldaşının bir müddət "Jirona"da icarə əsasında çıxış edərək daha yaxşı forma yığacağını düşünür.
Qeyd edək ki, "Barselona" Yerri Minanı qış transfer dönəmində "Palmeyras"dan alıb.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
0
0