[b]Meza Kolli “İnter”ə qayıdır[/b]
11.01.2016 - 16:52
[b]Meza Kolli “İnter”ə qayıdır[/b]

Antalyada təlim-məşq toplanışını davam etdirən “İnter” transfer çalışmalarını da davam etdirir. Apasport.az saytının məlumatına görə, “bankirlər”, xüsusən də, hücum xəttini gücləndirməyə çalışır.

 

Dieqo Martinsdən sonra Limam Seydi ilə də yollarını ayıran Bakı təmsilçisi ön xətdə yaranmış boşluğu sabiq futbolçusu Sezar Meza Kolli ilə doldurmaq niyyətindədi.

 

Ötən yayda komandadan ayrılan və cari mövsümün ilk yarısını azad agent kimi keçirən paraqvaylı forvardla ilkin danışıq müsbət nəticələnib. 25 yaşlı oyunçunun bu həftə ərzində Antalyaya yollanaraq, “İnter”in düşərgəsinə qoşulması və 6 aylıq müqaviləyə qol çəkməsi gözlənilir.

 

Qeyd edək ki, Sezar Meza Kolli 2013-2015-ci illərdə “İnter”in formasını geyinib.