[b]Meza Kolli qayıdır[/b]
18.04.2016 - 14:53
[b]Meza Kolli qayıdır[/b]

“İnter”in hücumçusu Sezar Meza Kolli zədəsini sağaltmaq üzrədi. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paraqvaylı futbolçu tezliklə yaşıl meydanlara qayıdacaq.

 

Meza Kolli ölkə çempionatının XXIX turunda AZAL-la oyunda zədələnmişdi. Əməliyyat olunmuş yerdən xəsarət alan və ayağı yüngül burxulan təcrübəli futbolçu həkim nəzarətində müalicəsini davam etdirir. 


Müalicə prosesi nəzərdə tutulduğu axarda gedəcəyi halda, Meza Kolli bu həftə “Qarabağ”la keçiriləcək oyuna qədər kollektivlə məşqlərə start verəcək.

 

Qeyd edək ki, 30 turdan sonra aktivində 49 xal olan “İnter” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

 

0