[b]Milanda bizə tanış olan hakimlər[/b]
29.09.2014 - 14:30
[b]Milanda bizə tanış olan hakimlər[/b]

Avroliqanın qrup mərhələsinin “İnter” – “Qarabağ” oyununu idarə edəcək baş hakim Aleksey Kulbakov bizə tanış hakimdir. Apasport.az saytının məlumatına görə, doğulduğu Qomel şəhərində “İqtisadiyyat və menecment” ixtisası üzrə təhsil alan Kulbakov 3 il əvvəl Bakıda olub.

 

Belə ki, 2011-ci ilin avqustun 10-da “Dalğa Arena”da keçirilən Azərbaycan – Makedoniya yoldaşlıq görüşündə Kulbakov əsas referi qismində meydana çıxmışdı. İndiki kimi o vaxt da onun köməkçilərindən biri Andrey Qetsikov olmuşdu. Hazırda “Qalatasaray”ın hücumçusu olan Qoran Pandevin 58-ci dəqiqədə vurduğu qol makedonlara qələbə qazandırmışdı. Kulbakov cəmi 2 sarı vərəqə göstərmişdi ki, bu da qonaqların futbolçularına tərəf istiqamətlənmişdi.

 

2010-cu ilin sentyabrın 7-də isə AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində İtaliya – Farer adaları matçında (5:0) baş hakim olan Kulbakov bu il ikinci dəfə Apennin təmsilçilərinin oyununu idarə edəcək. Futbol məşqçisi təhsili də olan 34 yaşlı hakim Avroliqanın 1/16 finalının Turində keçirilən “Yuventus” – “Trabzonspor” matçında da fit sahibi olub. Bu matçda da italiyalılar qalib gəlmişdi – 2:0.

 

Yeri gəlmişkən, əlavə köməkçi hakimlər qismində İtaliyaya gedəcək belaruslu ədalət təmsilçiləri də Bakıda olub. Denis Şerbakov bu mövsüm baş tutan “Neftçi” – “Koper” (1:2), Sergey Tsinkeviç isə “Qarabağ” – “Valletta” (4:0) görüşündə baş hakim qismində iştirak edib.

 

Qeyd edək ki, 2004 və 2008-ci illərdə Belarusda ən yaxşı hakim seçilən Aleksey Kulbakov UEFA-nın I kateqoriyasına malikdir.