[b]Milli komandamızdan darmadağın[/b]
24.09.2015 - 22:40
[b]Milli komandamızdan darmadağın[/b]

Moldovada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, yığmamız vaxtilə ölkəmizdə top qovmuş Vadim Boretsin çalışdırdığı moldovalı həmyaşıdlarıyla qarşılaşıb.

 

Təbriz Həsənovun yetirmələri Moldova U-17-ni darmadağın edib - 5:1.

 

Tərəflər arasında növbəti görüş sentyabrın 26-da keçiriləcək.

 

Yoxlama oyunu

 

24 sentyabr

 

Moldova U-17 - Azərbaycan U-17 1:5

Qollar: Seyliqli, 25-avtoqol - Qasımlı, 27. Güler, 40. Akpınar, 41. Çiperi, 70-avtoqol. Əliyev, 80