[b]Milli komandamızın keçmiş oyunçusu “Samsunspor”da[/b]
24.06.2017 - 00:43
[b]Milli komandamızın keçmiş oyunçusu “Samsunspor”da[/b]

Milli komandamızın keçmiş oyunçusu Ufuk Budak karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçisinin xidmətində PTT 1-ci liqa klubu “Samsunspor” maraqlıdır.

 

Ötən gün Samsuna gedən və klubun bazasında rəsmilərlə görüş keçirən Ufuk yaxın günlərdə rəsmi imzanı atacağı gözlənilir.

 

Daha əvvəl “Əskişəhərspor”, “Qaziantep BŞB”, “Kayserispor” və “Manisaspor”da da oynamış 27 yaşlı futbolçu milli komandamızın heyətində 15 matçda meydana çıxıb.