[b]Milli oyunçu oynamadı, klubu qrup mərhələsinə yüksəldi[/b]
03.12.2015 - 00:53
[b]Milli oyunçu oynamadı, klubu qrup mərhələsinə yüksəldi[/b]

Türkiyə kubokunda III mərhələnin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” da növbəti matçını keçirib.

 

Milli üzvünün meydana çıxmadığı görüşdə İzmir təmsilçisi “Tekirdağspor”la qarşılaşıb. 3:2 hesablı qələbə qazanan “Karşıyaka” qrup mərhələsində oynamağa haqq qazanıb.