[b]Milli oyunda sükut[/b]
21.01.2018 - 19:23
21 yaşadək futbolçulardan ibarət yığma komandamız Türkiyədə hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, millimiz bu gün Albaniya ilə yoxlama oyunu keçirir.
Oyundan əvvəl 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Rəşad Sadıqovun çalışdırdığı komandamız oyuna qara sarğı ilə çıxıb.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda hesab açılmayıb.
0
0