Almaniya Gənclər Bundesliqasının Cənub zonasında X turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, əsas millimizin hücumçusu Renat Dadaşov və U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Frankfurtlular doğma meydanda “Nürnberq”li həmyaşıdları ilə qarşılaşıblar. Görüş sözügedən komandanın darmadağını ilə yekunlaşıb – 4:0.
Hər iki oyunçumuz matça start heyətində başlayıblar və 90 dəqiqə meydanda olublar. Əldə edilən darmadağında milli üzvlərimiz müstəsna rol oynayıblar.
Belə ki, ilk olaraq Murad Mahmudovun ötürməsini Kabuya qolla tamamlayıb. Ardınca Dadaşov Muradı zərbə mövqeyinə çıxardıb və ikinci şansı əldən verməyib.
Üçüncü qolu Rodvald rəqibin qapısından keçirib. Qarşılaşmanın 61-ci dəqiqəsində Mahmudovla Renat növbəti qolu təşkil ediblər. Bu dəfə Muradın ötürdüyü topu Dadaşov qapıdan keçirib.
Qeyd edək ki, bir oyun əskik keçirən və 9 matçdan sonra aktivində 14 xal olan “Ayntraxt” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi