[b]Milli üzvü 45 dəqiqə oynadı, komandası 6 qol vurdu[/b]
25.06.2017 - 14:41
Yay fasiləsindən istifadəedən bir sıra klublar yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar. Apasport.az saytının məlumatına görə, “Jilina” da sınaq matçına çıxıb.
Milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Slovakiya təmsilçisi Polşa klubu “Podbeskidzi” ilə üz-üzə gəlib. Görüş “Jilina”nın 6:0 hesablı darmadağını ilə yekunlaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil ikinci hissənin əvvəlində hesab 2:0 olarkən meydana daxil olub.
0
0