[b]Milli üzvü “fərqləndi”, komandası uduzdu[/b]
01.05.2016 - 17:48
İspaniya Sequndasında XXXVI turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun klubu "Kordoba" səfərdə "Real Oviedo" ilə qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətində başlayan Eddi 29-cu dəqiqədə “fərqlənib”. Oynadığı ardıcıl ikinci oyunda sarı vərəqə ilə cəzalanan milli üzvü 68-ci dəqiqəsində isə əvəzlənib.
Qeyd edək ki, "Kordoba" hazırda 52 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0