[b]Milli üzvü izlədi, komandası qələbə qazandı[/b]
30.10.2016 - 21:34
[b]Milli üzvü izlədi, komandası qələbə qazandı[/b]

Futbol üzrə İspaniya Sequndasında XII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Kadis” də növbəti matçına çıxıb.

 

Yığma üzvünün klubu səfərdə “Luqo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.

 

İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Kadis" 12 turdan sonra 14 xalla 22 klub arasında 15-ci pillədə qərarlaşıb.

 

0