Almaniya II Bundesliqasında 2-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvlərinin çıxış etdikləri klublar da növbəti matçlarına çıxıblar.
Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” öz meydanında “Sankt Pauli” ilə qarşılaşıb. Qarşılaşma qonaqların 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Nazarov start heyətində meydana çıxdığı oyunun 46-cı dəqiqəsində yerini Sallahiyə verib.
Tuğrul Eratın formasını geyindiyi “Fortuna” (Düsseldorf) isə “Paderbor”nu qonaq edib. Bu matç da ev sahiblərinin məğlubiyyəti ilə başa çatıb – 1:2.
Milli komandamızın üzvünün adı bu oyunda iştirak ərizəsinə salınmayıb.