[b]Milli üzvü oynadı, komandası qalib gəldi[/b]
31.03.2017 - 22:25
Almaniya II Bundesliqasında 26-cı turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçına çıxıb.
“Bənövşəyilər” doğma azarkeşlər önündə “Sankt Pauli” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb.
Matça start heyətində başlayan Nazarov 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 26 oyundan sonra aktivində 26 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
0
0