[b]Eddi oynadı, komandasından səfər qələbəsi[/b]
07.01.2018 - 01:03
[b]Eddi oynadı, komandasından səfər qələbəsi[/b]

İspaniya Sequndasında XXI tur davam edir. Apasport.az saytının məlumatna görə, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi “Ximnastik” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Valeykano” ilə üz-üzə gəlib. Görüş Eddi və komandası üçün uğurlu yekunlaşıb – 2:3.

 

Matça start heyətində başlayan İsrafilov 64 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 21 turdan sonra bir oyunu əskik olan “Ximnastik” 24 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.